Əl-Babda yaralanan Türk əsgərləri Kilisdə müalicə olunurlar

Suriyanın Hələb şəhərinin Əl-Bab bölgəsində təşkil olunan hücumda yaralanan iki Türk əsgəri Kilisdə müalicə olunur.

627418
Əl-Babda yaralanan Türk əsgərləri Kilisdə müalicə olunurlar

 Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalındakı terror hədəflərinə qarşı keçirilən "Fərat Qalxanı" əməliyyatında bəzi birliklər Əl-Babın yaxınlarına çatıb.
 
 Bu əməliyyat zamanı yaralanan 2 əsgər Kilis Dövlət Xəstəxanasına aparılıblar.
 
 Müalicə olunan  əsgərlərin vəziyyəti normaldır.

 Azad Suriya Ordusu ilə terror təşkilatı DEAŞ arasındakı toqquşmalarda yaralanan 5 suriyalı da müalicə üçün Türkiyəyə gətirilib.
 
 Hələbin Çobanbəy bölgəsində  yaralanan 5 suriyalı Kilis Dövlət Xəstəxanasında müalicə olunurlar.
 
 



Әlaqәli Xәbәrlәr