Vanda şəlalə buz bağladı

Türkiyənin Van bölgəsində olan Muradiyə Şəlaləsi qismən dondu.

627191
Vanda şəlalə buz bağladı

Vanda qar yağdıqdan sonra başlayan soyuq hava şəraitində Muradiyə şəlaləsi qismən dondu.
 
 Yayda coşğun axan suyu ilə xüsusi bir gözəllik yaradan şəlalə, qışda buzla örtülərək Pamukkaledəki travertinləri xatırladan görüntüsü ilə baxanları heyran edir.
 
 Hava temperaturunun gündüz mənfi 14 dərəcə ölçüldüyü Vanın Muradiyə qəsəbəsindəki  Bendimahi çayı üzərində yerləşən şəlalənin bir hissəsi buzla örtülüb.
 
 Təxminən 15 metr hündürlükdən axan şəlalənin buzla örtülü görüntüsünə və soyuq havada qırov tutmuş ağac budaqlarına baxmaqdan doymaq olmur.
 
Buz bağlamış şəlalə foto həvəskarlarının da diqqətini çəkir.



Әlaqәli Xәbәrlәr