“Mərkəzi banklar texniki məsələləri həll etməyə başlayıblar”, B.Yıldırım

Baş nazir Binəli Yıldırım Türkiyə və Rusiyanın qarşılıqlı ticarətdə milli valyutadan istifadə istifadə edilməsi üçün fəaliyyətlərə başlandığını söyləyib.

625891
“Mərkəzi banklar texniki məsələləri həll etməyə başlayıblar”, B.Yıldırım

Baş nazir Binəli Yıldırım Türkiyə və Rusiyanın qarşılıqlı ticarətdə milli valyutadan istifadə istifadə edilməsi üçün fəaliyyətlərə başlandığını söyləyib.

Baş nazir rus xəbər agentliyi “Ria Novosti”yə açıqlama verərək,  iki ölkə əlaqələri və bölgədə yaşanan prosesi dəyərləndirib.

Türkiyə və Rusiyanın ticarətdə milli valyutaya keçməsi məsələsinə toxunan Binəli Yıldırım deyib ki, həmin məsələni müzakirə etdik. Rus tərəfi də bu cür əməkdaşlıqda maraqlıdır. Rusiya və Türkiyə Mərkəzi bankları qarşılıqlı ticarətdə milli valyutadan istifadə olunmasının texniki məsələlərini həll etməyə başlayıblar.

Türkiyə-Avropa İttifaqı əlaqələrinə də toxunan baş nazir deyib: “Türkiyə və Avropa İttifaqı arasındakı əlaqələrin uzun keçmişi var. Hərdən problemlər yaranır, hərdən əlaqələrimiz yaxşı olur. Hər dövlətlə bunların baş verməsi mümkündür. Misal olaraq Rusiya ilə də belə bir durum oldu. Avropa İttifaqının qəbul etdiyi qərar çox önəmli deyil. Bu vəziyyət yaxın zamanda Rus “Sputnik” agentliyinə qarşı alınmış qərarla eynidir. Avropa İttifaqı “Sputnik”in xəbərlərindən məmnun deyil, buna görə məhdudiyyətlər qoymaq istəyir. Bir tərəfdən söz azadlığından danışır, digər tərəfdən bundan sadəcə öz lehinə istifadə edir. Bu vəziyyət ikiüzlü siyasətdir”.

Türkiyənin Avropa İttifaqına üzvlük tələbini geri çəkmədiyini və bu addımı atmayacağını vurğulayan baş nazir Binəli Yıldırım bunu da əlavə edib ki, Avropa İttifaqı bizim üçün yox öz gələcəyi üçün atdığı addımları yaxşı düşünməlidir. İttifaqın gələcəyi və əmin-amanlığı isə Türkiyə olmadan qeyri-mümkündür. Həm Rusiyanın həm də Türkiyənin Avropa İttifaqı ilə müxtəlif sahələrdə  birləşdiyi mövzular var. Həmin səbəbə görə atılan addımlara diqqət yetirməlidir.

Baş nazir Yıldırım Suriyadakı vəziyyətlə bağlı isə bildirib ki, Türkiyə Suriya torpaqlarında axan qanın qarşısını almaq üçün dəstəklərini davam etdirəcəkdir. Ancaq Suriyadakı rejimin bu məsələdə dürüst olmadığını ifadə etmək istəyirəm.  “Rusiyanın rejimə qarşı mövqeyinin daha təsirli olması faydalı ola bilərdi. Atəşkəsin təmin edilməsi və humanitar yardımların çatdırılması mövzusunda birgə səylərimizi davam etdiririk”-deyə baş nazir vurğulayıb.  



Әlaqәli Xәbәrlәr