TRT daha bir əhəmiyyətli protokol imzaladı

Türkiyə Radio Televiziya Şirkəti (TRT), Türkiyənin Afrika, Aralıq dənizi və Orta şərq ölkələrinə təqdimatına dair nəhəng addımlar atır.

623871
TRT daha bir əhəmiyyətli protokol imzaladı

TRT ilə Türk Tarix Təşkilatı və Qazi Universiteti arasında imzalanan protokola görə Türkiyənin Aralıq dənizi və Afrika qitəsi ilə Orta şərqə   ölkələrinə   təqdimatına   dair bir sənədli film hazırlanacaq.

TRT-nin Baş direktörü Şenol Göka, Protokolun imza mərasimində etdiyi çıxışında: “Ölkəmizin, Afrika qitəsinə, Aralıq dənizi və Orta şərq ölkələrinə təqdimatını planlayırıq. Bunun üçün Türkiyənin iki əhəməyyətli təşkilatı olan tarix qurumu və Qazi üniversiteti ilə əməkdaşlıq edəcəyik”.

Türkiyənin təqdimatını uğurla reallaşdıracaq imkanlara sahib olduqlarını ifadə edən Baş diraktor, TRT-nin bu sahədə daha da nəhəng addımlar atacağını və təqdimat işlərini böyük uğurla Afrika, Aralıq dənizinə sahildar ölkələr ilə Orta şərqə çatdıracaqlarını vurğulayıb.



Әlaqәli Xәbәrlәr