Ərdoğan "Abdullah Gül adına Muzey və Kitabxana"nın açılış mərasiminə qatıldı

Mərasimdə çıxış edən dövlət başçısı siyasi tarix muzey ənənəsinin tədricən yaranmağa başladığını qeyd etdi.

623391
Ərdoğan "Abdullah Gül adına Muzey və Kitabxana"nın açılış mərasiminə qatıldı

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım Kayseridə Abdullah Gül Universitetinin Tədris Korpusundakı muzey və kitabxananın açılış mərasimində iştirak etdilər.

Mərasimdə çıxış edən Ərdoğan siyasi tarix muzey ənənəsinin tədricən yaranmağa başladığını qeyd etdi.

Dövlət başçısı 15 İyul dövlət çevrilişi cəhdinin demokratiyanın qarşısını almağa çalışanların son addımı olduğunu vurğulayaraq: "İçəridən və kənardan atılan bu addımla önümüzü kəsməyə çalışanlar millətimizin Haqq yürüşü ilə müvəffəqiyyətsizliyə düçar oldular. İstədiyiniz qədər tanklara, toplara, F-16-lara sahib olun, amma bilin ki, bir millətin inamı qarşısında heç bir şeyi həyata keçirə bilməzsiniz. Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm" dedi.
 
 Baş nazir Binəli Yıldırım da "Abdullah Gül adına Muzey və Kitabxana" nın açılış mərasimində çıxış edərək müzeydə 1950-2014-cü illər arasındakı Türkiyə siyasi tarixinin ən gözəl şəkildə sərgiləndiyini bildirdi.
 
Sonra kürsüyə çıxan Abdullah Gül açılışa gələnlərə və onun  başladığı layihənin başa çatdırdığı üçün prezident Ərdoğana təşəkkürlərini bildirərək: "Türkiyə dünyanın ən sürətlə böyüyən iqtisadiyyatlarından biri oldu. Həm Şərq, həm də Qərblə olan əlaqələrimizi inkişaf etdirdik. Bura yalnız mənim adımla əlaqədar deyil, həm də siyasi tarix muzeyidir. Muzeyə gələnlər Türkiyə tarixini  görəcəklər" dedi.



Әlaqәli Xәbәrlәr