Bu gün Binəli Yıldırım Rusiyaya rəsmi səfər edəcək

Türkiyənin baş naziri Binəli Yıldırımın səfəri prezident Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu dövrdən sonra Rusiyaya baş nazir səviyyəsində həyata keçirilən ilk səfər olacaq.

623398
Bu gün Binəli Yıldırım Rusiyaya rəsmi səfər edəcək

Türkiyənin baş naziri Binəli Yıldırım bu gün Rusiyaya rəsmi səfər edəcək.
 
 24 noyabr 2015-ci il tarixində Türkiyə hava məkanını pozmuş Rusiya Federasiyası Hava Qüvvələrinə aid Suxoy Su-24M tipli təyyarənin vurulması ilə Rusiya və Türkiyə arasında yaranan təyyarə böhranından sonra ilk dəfə Rusiyaya gedəcək  baş nazir Binəli Yıldırım Rusiyanın dövlət başçısı Vladimir Putin ilə görüşəcək.

 Yıldırım səfəri çərçivəsində Rusiyanın baş naziri Dmitri Medvedev ilə də bir araya gələcək. Görüşlərdə iki ölkə arasında ticarətin böhrandan əvvəlki səviyəyyə qayıtması üçün atılacaq addımlar müzakirə olunacaq.
 
 Gündəmdə Türkiyədən Rusiyaya tərəvəz ixracındakı qadağanın ləğv olunması, ticarətdə yerli valyutadan- Türk lirəsi və rubldan istifadə edilməsi, azad ticarət zonasının yaradılması və turizm kimi məsələlər  olacaq. İkitərəfli görüşlərdə Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə mübarizə məsələsi ilə yanaşı, Suriya, İraq və Suriyanın şimalının terrorçulardan təmizlənməsi üçün 24 avqustda Türkiyənin rəhbərliyi ilə başlayan "Fərat Qalxanı" əməliyyatı müzakirə olunacaq.
 
 Baş nazirin Rusiya səfərində nazirlərin və çox sayda iş adamının da iştirakı gözlənilir.
 
 Qeyd edək ki, Yıldırımın səfəri prezident Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu dövrdən sonra Rusiyaya baş nazir səviyyəsində həyata keçirilən ilk səfər olacaq.
 



Әlaqәli Xәbәrlәr