Lavrov Antalyadadır

Ölkənin Baş naziri Binəli Yıldırımın 5 və 6 dekabr Rusiya səfəri öncəsi təşkil edilən bu yığıncaqda ikitərəfli əlaqələr və beynəlxalq gündəm müstəviyə çıxarılacaq.

621060
Lavrov Antalyadadır

  Rusiya Xarici İşlər naziri Sergey Lavrov rəsmi səfərlə bağlı Antalyadadır.

  Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı ilə bu gün bir araya gələcək.

  Sergey Lavrov Antalyanın Alanya qəsəbəsində təşkil edilən Türkiyə-Rusiya Ortaq Strateji Planlaşdırma Qrupunun V Toplantısında iştirak etmək üçün Türkiyədədir.

  Ölkənin Baş naziri Binəli Yıldırımın 5 və 6 dekabr Rusiya səfəri öncəsi təşkil edilən bu yığıncaqda ikitərəfli əlaqələr və beynəlxalq gündəm müstəviyə çıxarılacaq.

  İki ölkənin Xarici İşlər nazirlərinin başçılığı ilə olacaq toplantıda iqtisadiyyat, enerji, turizm və müdafiə sənayesində əməkdaşlıq məsələlərilə yanaşı Ukrayna və Suriyadakı son proseslər müzakirə ediləcək. Yığıncaqda Türk axını layihəsinin bir hissəsi sayılan Akkuyu Nüvə Stansiyası ilə bağlı da son mərhələ qiymətləndiriləcək. Eyni zamanda, toplantıda turizm əlaqələri və meyvə-tərəvəz istehsalı mövzusunda da Rusiyada məhdudiyyət olan Türkiyə qida və kənd təsərrüfatı məhsullarına dair qadağaların aradan qaldırılmasıyla bağlı məsələlər həll ediləcək.



Әlaqәli Xәbәrlәr