Avropa sərmayəçiləri Türkiyə-Aİ münasibətləri mövzusunda nikbindirlər

İqtisadçılar və biznes nümayəndələri  sağlam düşüncənin qalib gələcəyini  düşünürlər.

621527
Avropa sərmayəçiləri Türkiyə-Aİ münasibətləri mövzusunda nikbindirlər

 
 Xarici ticarət həcmi 100 milyard dollardan çox olanTürkiyə ilə Aİ arasındakı gərginliin yaşandığı bir zamanda diqqətlər 15-16 dekabr tarixlərində keçiriləcək Avropa liderlər sammitində qəbul olunacaq qərarlara yönəlib. 

İqtisadçılar və biznes nümayəndələri  sağlam düşüncənin qalib gələcəyini  düşünürlər.
 
Sərmayəçilərə görə perspektivdə Türkiyə Aİ-nın dəyərlər sistemi içində yer almağa davam edəcək.
 
 Avropa ölkələri Türkiyə iqtisadiyyatının ən əhəmiyyətli ticari tərəfdaşı mövqeyindədirlər.
 
 Türkiyə ixracının 49%-ni, idxalının isə 39%-ni Aİ ilə həyata keçirilir. Aİ iqtisadiyyatındakı böyümə isə  Türkiyə iqtisadiyyatında bilavasitə müsbət  şəkildə əks olunur. Türkiyə Statistika Qurumunun (TÜİK) məlumatlarına görə, Türkiyənin Aİ-yə ixracı 2016-cı ilin ilk 9 ayından etibarən 49 % səviyyəsindədir. Yəni Türkiyə təxminən 150 milyard dollarlıq mal ixracının yarısını Aİ-yə həyata keçirir. Ümumi xarici ticarət həcminə baxdıqda isə, Türkiyə ilə Aİ arasındakı ixrac-idxal həcminin illik 120 milyard dollar səviyyəsində olduğu görünür. Bu rəqəmlər hər il artma tendensiyasını davam etdirir.



Әlaqәli Xәbәrlәr