“Qüds nə deməkdir?” B.Yıldırım

Türkiyənin Baş naziri Binəli Yıldırım paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasının regional dinclik və barışın tək yolu olduğunu söyləyib.

620267
“Qüds nə deməkdir?” B.Yıldırım

  İstanbulda Qüds Platforması və Prosesin Problemləri Simpoziumunun qala yeməyində Baş nazir Fələstin və Beynəlxalq Həmrəylik Günü münasibətilə danışıb, Fələstin xalqının zülm, işğal və məhvə qarşı göstərdiyi müqaviməti Türkiyənin də dəstəklədiyini vurğulayıb.

  “Qüds demək merac deməkdir, Qüds demək ilk qiblə deməkdir” deyən Yıldırım bunları da söyləyib:

  “Şərqi Qüdsü yəhudilər yaşayış yerlərilə  çevrələyib, Fələstin torpaqlarıyla bağı kəsmə layihəsi addım-addım davam edir.

  Məqsəd bəllidir: Qüdsü İsrail və yəhudiliyin paytaxtı etmək. Türkiyə hələ dözüm göstərir.

  Problemlərin sülh və dialoq yolu ilə qarşılıqlı anlaşma çərçivəsində həll edə bilmənin tək yolu haqq və hüquqa hörmət etməkdir. Fələstin xalqının beynəlxalq hüquqlara da zidd təkrar-təkrar tapdalanmasına mütləq “dur” deyiləcək.

   Bölgədə əmin-amanlıq və sülhün tək yolu paytaxtı Şərqi Qüds olacaq müstəqil, suveren Fələstin dövlətinin bərqərar olmasından keçir.

  Bu günə qədər Fələstin dövlətini 137 ölkə tanıyır. Digər ölkələrin də tanıması üçün Türkiyə bütün səylərini artırır. Fələstinlilərin birlik və bərabərlik içində yaşamaları həyati əhəmiyyət daşıyır.”

  Binəli Yıldırım İsraildə məscidlərdə azanın mikrofonla oxunmasının qarşısının alınmasını nəzərdə tutan qanun layihəsi ilə əlaqədar isə bunları deyib:

  "Din və inanc azadlığına zidd belə bir tətbiq əsla qəbul edilə bilməz. İslam aləmini təhqir edəcək hər hərəkətin qarşısında qətiyyətlə birlikdə dayanacağıq."



Әlaqәli Xәbәrlәr