PKK terrorçusu etiraf etdi

Türkiyənin Diyarbəkir şəhərinin Lice qəsəbəsində terrorla mübarizə əməliyyatında təhlükəsizlik qüvvələrinə təslim olan bir terrorçu etiraf edib, separatçı terror təşkilatı PKK-nın onu və gəncləri necə tələyə saldığından danışıb.

620258
PKK terrorçusu etiraf etdi

  Türkiyənin Diyarbəkir şəhərinin Lice qəsəbəsində terrorla mübarizə əməliyyatında 25 noyabr 2016-cı il tarixində təhlükəsizlik qüvvələrinə təslim olan bir terrorçu etiraf edib, separatçı terror təşkilatı PKK-nın onu və gəncləri necə tələyə saldığından danışıb.

  Dediklərinə görə, universitdə oxuduğu zaman inqilab gözlənildiyi və onun da bir qəhrəman olacağı yalanıyla terror təşkilatına qatılması təmin edilib, sonra İraqın şimalındakı Metina düşərgəsinə göndərilib. Burada da ailələrindən qopardılan uşaqları öz tərəflərinə çəkmə üçün təbliğatlar aparılıb, təpki verənlər pis rəftar və təhdidlərə məruz qalıb.

  Bunları danışan terrorçu təslim olmağı düşündüyünü, amma təslim olarsa, öldürüləcəyindən qorxduğunu söyləyib. Amma sonda nə olursa olsun, təslim olmaq qərarı verib. Gəncləri PKK yalanlarına uymamağa çağıran bu adam deyib: “Terror təşkilatının sözlərinə, etdiklərinə aldanmayın. Onlara qatılmayın. Mən yarı yoldan qayıtdım, təslim oldum, işgəncə və ya pis rəftara da məruz qalmadım. Yaşamaq varkən kimsənin ölməsinə ehtiyac yoxdur".



Әlaqәli Xәbәrlәr