Numan Kurtulmuş Londonda mәtbuat konfransı keçirib

İngiltərədәki görüşlәrini  başa çatdıran   Baş nazirin müavini Numan  Kurtulmuş  Türkiyənin Londondakı səfirliyindә mətbuat konfransı təşkil edib.

618624
Numan Kurtulmuş Londonda mәtbuat konfransı keçirib

İngiltərədәki görüşlәrini  başa çatdıran   Baş nazirin müavini Numan  Kurtulmuş  Türkiyənin Londondakı səfirliyindә mətbuat konfransı təşkil edib.

Türkiyə-Aİ münasibәtlәrinin  son dərəcə həssas  olduğunu ifadə edən  Numan Kurtulmuş: "Təəssüf ki, Aİ-nın  xüsusilə viza rejimi mәsәlәsindә addım atmaması  Türkiyəni narahat etdiyini  burdakı hәmkarlarımıza çatdırdıq’’  deyә bildirib.

Kurtulmuş Türkiyənin nizamsız miqrasiyanın  dayandırılması mövzusunda üzərinə düşən öhdәliyi yerinә yetirdiyini   bildirәrәk: "Bunun qarşılığında da verilən sözlərin yerinә yetirilmәsini  gözləyirik. Çox təəssüf ki bu sözlər tutulmamışdır. Türkiyə ictimaiyyəti və bu prosesi çox yaxından təqib edən Türkiyə Cümhuriyyәti  olaraq ciddi bir xəyal qırıqlığı içərisində olduğumuzu ifadә etdik’’ deyә qeyd edib.



Әlaqәli Xәbәrlәr