Torpaq altında qalan mədənçilərdən birinin də cəsədi tapıldı

Türkiyənin Siirt bölgəsinin Şirvan qəsəbəsindəki özəl mədən ocağında baş verən sürüşmə nəticəsində torpaq altında qalan bir mədənçinin də cəsədi tapıldı.

617096
Torpaq altında qalan mədənçilərdən birinin də cəsədi tapıldı

 Türkiyənin Siirt bölgəsinin Şirvan qəsəbəsindəki mədəndə noyabrın 17-də baş verən faciədə torpaq altında qalan işçilər üçün başlanılan xilasetmə fasiləsiz davam edir.
 
 İş maşınları ilə aparılan axtarışa təxminən 4 saat ara verilməklə, Polis Baş İdarəsi Narkotiklərlə Mübarizə Şöbəsi, Jandarm Baş Komandanlığı Təbii Fəlakətlər Xilasetmə Batalyon Komandanlığı və AFAD-a aid 15 xüsusi təlim görmüş itlərin köməyi ilə dağıntıların olduğu bölgədə axtarış aparıldı.
 
Xilasetmə işləri nəticəsində torpaq altında qalan bir mədənçinin də cəsədi tapıldı.
 
 Qeyd edək ki, torpaq altından daha əvvəl 7 mədənçinin meyidi çıxarılıb.



Әlaqәli Xәbәrlәr