Əcnəbilərə Türkiyədə iş icazəsi

Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi  bu il Türkiyədə işləmək üçün müraciət edən 60 min 421 əcnəbiyə icazə verdi.

616987
Əcnəbilərə Türkiyədə iş icazəsi

Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi  bu il Türkiyədə işləmək üçün müraciət edən 60 min 421 əcnəbiyə icazə verdi.
 
 Bu şəxslər arasında ilk yerdə 10 min 227 nəfərlə suriyalılar gəlir.
 
 Nazirliyin  məlumatlarına görə, yanvar-oktyabr dönəmində Türkiyədə işləmək icazəsi almaq üçün dünyanın dörd bir tərəfindən müraciət edilib.
 
 Müraciətləri dəyərləndirən Nazirlik ilin 10 aylıq bölümündə 30 min 667  kişi və 29 min 754 qadın olmaqla, 60 min 421 nəfərə iş icazəsi verib.
 
Müraciətlərdən 1993-ü müxtəlif əsaslarla rədd edilərkən, 7 min 731 müraciət geri göndərilib, 220 müraciət ilə bağlı hələ qərar verilməyib.
 
 Nazirliyin icazəsi ilə 10 min 227 Suriya, 6 min 268 Gürcüstan, 4 min 989 Ukrayna, 3 min 396 Çin, 2 min 805 Türkmənistan, 2 min 720 Qırğızıstan, 1965 Özbəkistan və 1702 Rusiya əsilli vətəndaş Türkiyədə işləməyə başlayıb.
 
 Sözügedən dönəmdə iş icazəsi verilənlər arasında 1025 ingilis, 1017 alman və 942 amerikalı var. Burundi, Haiti, Honduras, Yamayka, Laos və Malavi kimi müxtəlif ölkə vətəndaşlarına da iş icazəsi verilib.
 
2011-ci ildə 17 min 467, 2012-ci ildə 32 min 277, 2013-cü ildə 45 min 834 və 2014t-cü ildə 52 min 304 əcnəbiyə iş icazəsi verən Əmək və Sosial Müdafiə Nazirliyi keçən il i 64 min 833 nəfərin müraciətini qəbul edib.



Әlaqәli Xәbәrlәr