Ərdoğanla “60 dəqiqə”

Türkiyənin dövlət rəhbəri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin hələ də Amerikada qalması Türkiyə xalqını narahat edir.

613776
Ərdoğanla “60 dəqiqə”

  Amerikanın CBS kanalında yayımlanan "60 dəqiqə" proqramına xüsusi müsahibə verən Ərdoğan Türkiyə-Amerika əlaqələri, Suriya, FETÖ və 15 İyul çevriliş cəhdinə qədər bir çox mövzu şərhlər edib.

  Aparıcı Stiv Kroftun (Steve Croft) suallarını cavablandıran, son dövrlər bəzi Amerika siyasətlərinin Türkiyəni xəyal qırıqlığına uğratdığını söyləyən Ərdoğan F.Gülənin ABŞ-da hələ də hər hansı bir istintaqa cəlb olunmaması və həyatına normal şəkildə davam etməsinin səbəbini ölkə rəhbərliyində gördüyünü deyib və bu vəziyyətin Türkiyə xalqını narahat etdiyini söyləyib.

  Türkiyə başçısı onu da diqqətə çatdırıb ki, “Barak Obama rəhbərliyi Suriyadakı böhranı tənzimləyə bilmədiyi üçün Türkiyənin cənub sərhədlərində təhlükəsizlik təhdidləri ortaya çıxdı”.

  Qeyd edək ki, R.T.Ərdoğanın CBS kanalında qonaq olduğu, aparıcı-müəllif Stiv Kroftun “60 dəqiqə” proqramı ABŞ-ın şərq saatıyla 20 noyabr - bazar günü axşam saat 19.30, Türkiyə saatıyla isə 21 noyabr 03.30-da yayımlanacaq.



Әlaqәli Xәbәrlәr