“Tənqidləri qəbul edərik, təhdidamiz sözləri əsla”, B. Yıldırım

Baş nazirin müavini və hökümət sözcüsü Numan Kurtulmuş Türkiyənin hakimiyyət və suverenliyini qoruyacaq gücə malik ölkə olduğunu söyləyib.

610251
“Tənqidləri qəbul edərik, təhdidamiz sözləri əsla”, B. Yıldırım

Baş nazirin müavini və hökümət sözcüsü Numan Kurtulmuş Türkiyənin hakimiyyət və suverenliyini qoruyacaq gücə malik ölkə olduğunu söyləyib.

Numan Kurtulmuş Nazirlər kabinetinin növbəti yığıncağından sonra açıqlama verib.

Avropa İttifaqının keçən həftə açıqladığı Türkiyə ilə bağlı irəliləyiş hesabatının tərəfli və qəbul edilməz olduğunu bildirən Numan Kurtulmuş deyib ki, bu hesabatın məqsədi Türkiyəni bir küncə sıxışdırmaqdır. Canlı bomba hadisələrində yüzlərlə insanını itirmiş ölkəyik. Onların belə dediklərini heç eşitdinizmi: ‘Biz terrorla mübarizə edən Türkiyənin tərəfdarıyıq’. Bir dəfə olsun ‘yayınızdayıq’ dedilər? İndiyədək terroru lənətlədilər? Əksinə Türkiyənin terrorla mübarizəsindən narahat olan üslubdan istifadə etdilər. 15 iyuldakı çevriliş cəhdində belə Avropa İttifaqının bizim yanımızda olduğunu görmədik. Tənqidləri qəbul edərik, amma təhdidamiz sözləri qəbul etmərik.

Avropa İttifaqının demokratiyanın düzgün işləməsinə töhfə vermək istəyirsə Türkiyəni yalnız buraxmamasının vacibliyini dilə gətirən Kurtulmuş vurğulayıb ki, Türkiyə də demokratiyanı qorumaq və gücləndirmək mübarizəsində Avropa İttifaqının dəstəyini görmək istəyir.



Әlaqәli Xәbәrlәr