Prezident Rəcəb Tayyib Ərdoğan, belarusun paytaxtı Minskdə sǝfǝrdǝ

Prezident Ərdoğan Minskǝ sǝfǝri zamanı Dövlət Başçısı Aleksandr Lukaşenko tərəfindən rəsmi mərasimlə qarşılanıb.

608787
Prezident Rəcəb Tayyib Ərdoğan, belarusun paytaxtı Minskdə sǝfǝrdǝ

Ərdoğan və Lukaşenko, daha sonra tǝk-bǝtǝk görüşüb.

Prezident Ərdoğan, görüşdǝn sonra mǝtbuata verdiyi açıqlamada Türkiyədən Belarusa sǝfǝr reallaşdıran prezident olduğum üçün xoşbǝxtǝm deyib. Belarus ilǝ gǝlǝcǝyǝ istiqamətli bölgədə ǝmǝkdaşlıq çǝrçivǝsindǝ addım atacaqlarını ifadǝ edǝn prezident Belarusdakı investisiya həcminin 1,5 milyard dollar olduğunu, iş adamları ilǝ ǝmǝkdaşlığı güclǝndirmǝnin iki ölkǝyǝ dǝ töhvǝ verǝcǝyini qeyd edib.

Prezident Ərdoğan ilə Türkiyǝ-Belarus İş Forumuna qatılacaqlarını xatırladan Lukaşenko da, Türkiyədən 200, ölkəsindən isə 300-dǝn çox firmanın iştirak edǝcǝyi forumun öz rǝhbǝrliyi dövründǝ baş tutacaq ǝn geniş dairǝli tǝdbir olacağını ifadǝ edǝrǝk:“Hörmətli cənab prezident sizin ziyarǝtiniz, əlaqələrimizin daha da güclǝnmǝsinǝ   töhvǝ  verǝcǝk. Müstəqilliyimizi qazandığımız gündən bǝri Türkiyə ilə yaratdığımız münasibǝtlǝrimizi inkişaf etdirmǝk ǝzmindǝ olduğumuzu daha bir dǝfǝ ifadǝ etmǝk istǝyirǝm” deyǝ vurğulayıb.



Әlaqәli Xәbәrlәr