Mustafa Kamal Atatürkün vəfatından 78 il keçir

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Mustafa Kamal Atatürkün vəfatının 78-ci ildönümü münasibətilə bir mesaj yayımladı.

607487
Mustafa Kamal Atatürkün vəfatından 78  il keçir

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Mustafa Kamal Atatürkün vəfatının 78-ci ildönümü münasibətilə bir mesaj yayımladı.

Ərdoğan  mesajında   Qazinin xatirəsinə sahib çıxmağın müstəqilliyə, vətənə, bayrağa, cümhuriyyətə və ölkənin min illik mədəniyyətinә  ‘‘Qurtuluş Müharibәsi’’   ruhu  ilә  sahib çıxmağı tələb etdiyini vurğuladı.

Dövlət başçısı  Türkiyənin son 14 ildə hər sahədə həyata keçirdiyi hərtərəfli islahatlarla  vә milli siyasәtilә  bunu ən yaxşı şəkildə sübuta yetirdiyini söylədi.

Fetullahçı Terror Təşkilatı Paralel Dövlət İdarәçiliyinin  (FETÖ/PDY)  iyulun 15-dә hәyata keçirdiyi uğursuz dövlәt çevrilişi cәhdinә dә toxunan dövlәt başçısı: ‘‘Millәtimiz 15 iyulda nümayiş etdirdiyi qәhramanlıqla  ölkәmizin  bu nailiyyәtlәrini canı bahasına  qoruyacağını bütün dünyaya elan etmişdir’’ deyә bildirdi.

 Türkiyənin hədəflərini dilə gətirən Ərdoğan: "Qazi Mustafa Kamal Atatürkün  ən böyük əsərim  dediyi Cümhuriyyətimizin güclənməsi üçün qorxmadan, yorulmadan çalışmağı davam etdirəcəyik" deyә vurğuladı.

Türkiyə Böyük Millət Məclisinin  sədri  İsmayıl  Kahraman  da yayımladığı mesajda: ‘‘TBMM-ni ilk sәdri, dövlәtimizin 1-ci Dövlət rəhbəri Mustafa Kәmal  Atatürkü vәfatının 78-ci ildönümündә  hörmәtlә anırıq’’ dedi.

 Baş nazir Binәli Yıldırım  da  10 noyabr  Atatürkü Anma günü münasibətilə yaydığı mesajda: ‘‘Onun әn böyük sәrvәtim dediyi Türkiyә Cümhuriyyәti  bu gün dünyada söz sahibidir, beynәlxalq problemlәrin hәllindә aktiv rolu olan yüksәk nüfuza malik ölkә mövqeyindәdir’’ dedi.



Әlaqәli Xәbәrlәr