Prezident Ərdoğandan  Aİ-na sǝrt reaksiya

Xalqların Demokratik Partiyası (HDP)-nin keçən həftə həbs olunan millət vəkilləri, biz gücümüzü PKK / PYD / YPG-dǝn alırıq deyirdilǝr. İndi bu terror tǝşkilatları gǝlib dǝ sizlǝri xilas etsindǝr dǝ görǝk: Ərdoğan

607177
Prezident Ərdoğandan  Aİ-na sǝrt reaksiya

Prezident R.T.Ərdoğan, İstanbulda MÜSİAD Expo sərgisinin açılış mǝrasimindǝ etdiyi çıxışında: “Türkiyənin bu millət vəkillərinə Türkiyə Böyük Millət Məclisi (TBMM)-nin qapılarını açaraq siyasi fǝaliyyǝt aparmalarına zǝmin yaratdı. Lakin onlar TBMM-ǝ daxil olduqdan sonra meydan oxumağa başladılar. Türkiyǝ mǝhkǝmǝlǝrinin sorğu üçün göndǝrdiklǝri dǝvǝt mǝktublarına biganǝ qaldılar. Toxunulmazlığın lǝğv edilmǝsi halında mǝhkǝmǝnin dǝvǝtinǝ qeydsiz qala bilmǝyǝcǝklǝrini idrak etmǝdilǝr. Toxunulmazlığın  lǝğ  edildiyi   andan  etibarǝn   sıravi bir vətəndaş olacaqlarını bilmǝdilǝr.   İndi cǝrǝyan edǝn proses dǝ bundan ibarǝtdir. Onlar terrora qarşı mübarizǝ çǝrçivǝsindǝ lazımlı addımları atanların, tǝdbirlǝr görǝnlǝrin fǝaliyyǝtlǝrinǝ zǝrbǝ endirmǝyǝ sǝy etdilǝr. Bǝs  mǝn dǝ   indi  deyirǝm  ki,  söykǝndiyiniz terror tǝşkilatları gǝlsin sizlǝri xilas etsin. Terrora dǝstǝyini inkar etmǝyǝn Avropa İttifaqı isǝ bu haqlı mübarizǝmiz  qarşısında, Türkiyənin Avropa İttifaqına tam hüquqlu üzvlük müzakirǝlǝrini gözdǝn keçirǝ bilǝrik deyǝrǝk dırnaq arası  tǝhdid yağdırır. Bǝn Aİ-na  sǝslǝnirǝm: Geç qalmayın bu işi dǝrhal edin vǝ konkret qǝrara  gǝlin. Lakin bunu bilmǝlisiniz ki, terrora qarşı mübarizǝmizǝ  heç nǝ maneǝ  törǝdǝ  bilmǝyǝcǝk.Əslindǝ Aİ, müzakirǝlǝrǝ son qoyarsa, Türkiyədəki 3 milyon qaçqının özlǝrinǝ qaytarılabilǝcǝyindǝn  narahatdır. Bizə sözdə insan hüquqları və demokratiya dərsi verən Qərbǝ belǝ bir sual verirǝm, illərdir Aralıq dənizi və Egeyin qaranlıq sularında ölǝn minlərlə mǝsum insan üçün bir qǝtrǝ göz yaşı axıtdınızmı?. Avropaya çatıb da hər cür zillətə məruz qalanları  görmǝyǝnlǝr, söz mövzusu Türkiyǝ olduqda aslan olurlar. Lakin öz qǝddarlıqlarını gözdǝn yayındıraraq  utanmadan  bizi ittiham edirlǝr” deyǝ R.T.Ərdoğan deyib.  

Qərb ölkǝlǝrinin terroristlərə qucaq açtıqlarını  da  xatırladan prezident hǝm PKK-nı terror təşkilatı elan edən, hǝm dǝ bu terror tǝşkilatının dırnaq arası liderlǝrinǝ, mǝnsublarına Avropa Parlamentinin qapılarını, koridorlarını açan  zehniyyǝtin, qǝbul edilmǝz vǝ ikiüzlülük olduğunu ifadǝ edǝrǝk: “Sizǝ deyirǝm ki, dürüst olun vǝ dürüst siyasǝt izlǝyin.  PKK mǝnsubu quldurlara qapılarını açan Qǝrb ölkǝlǝrinin idarəçiləri, prezidentləri, baş nazirləri, nazirləri bunu bilin ki terrorun sizi vuracağı gün dǝ gǝlib çatar”.

 



Әlaqәli Xәbәrlәr