Ölkədə bir terrorçu belə qalmayana qədər bu mübarizə davam edəcək

Bu sözləri Türkiyənin baş naziri Bİnəli Yıldırım Ərzincan şəhərində Toyuq Kombinatının açılış mərasimində söylədi.

604896
Ölkədə bir terrorçu belə qalmayana qədər bu mübarizə davam edəcək
binali yıldırım.jpg

Türkiyənin Ərzincan şəhərində Toyuq Kombinatının açılış mərasimində çıxış edən Binəli Yıldırım terrorla qətiyyətli mübarizənin davam edəcəyini bildirərək: " Bir tərəfdən FETÖ, digər tərəfdən BETÖ, bir tərəfdən də DHKPC adlanan şər mərkəzləri ilə amansız mübarizə edirik. Bu ölkədə bir terrorçu belə qalmayana qədər, bu ay ulduzlu bayraq ölkənin hər guşəsində dalğalana qədər  bu mübarizə davam edəcək" dedi.
 
 Ölkəmizin gələcəyinə kölgə salmaq  istəyənlərə  79 milyon vətəndaşımız lazımi dərsi verdi deyən baş bazir: " Daxildəki və xaricdəki terrorizmin bütün dəstəkçilərinin həvəsini ürəyində qoyacayıq" ifadələrini işlətdi.
 
Binəli Yıldırım Bayburt açılış və təməlqoyma mərasimindəki çıxışında isə, Xalqların Demokratik Partiyasından olan (HDP) millət vəkillərinin saxlanılması və həbs olunması ilə əlaqədar olaraq: "Türkiyə hüquqi dövlətdir. Hər kəs hüquq qarşısında eyni dərəcədə cavabdehdir. Milli iradəni tanımayanı, millət də tanımır" dedi.



Әlaqәli Xәbәrlәr