Mövlud Çavuşoğlu və Jürgen Liqi arasında telefon danışığı olub
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Estoniyanın Xarici İşlər naziri Jürgen Liqi arasında telefon danışığı olub.
604550
Bu barədə nazirlikdən verilən açıqlamada bildirilib.
Görüş zamanı M.Çavuşoğlu HDP-li millət vəkillərinin saxlanılması ilə bağlı həmkarına məlumat verib.
M. Çavuşoğlu HDP-li millət vəkillərinə qarşı aparılan istintaqın hüquq çərçivəsində həyata keçirildiyini bildirib.
Mövlud Çavuşoğlu görüşdə Türkiyənin bəzi Avropa ölkələrinin terror təşkilatı PKK-ya verdiyi dəstəkdən duyduğu narahatlığı da dilə gətirdi.
Açıqlamada həmçinin bildirilib ki, hamı hüquqa tabe olmalıdır və heç kim hüquqdan üstün deyildir.