Mövlud Çavuşoğlu: "Heç kim cinayət törətmə hüququna  malik deyil"

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu heç kimin cinayət törətmə hüququna  malik olmadığını, qanunlar qarşısında hər kəsin cavabdeh olduğunu söylədi.

604235
Mövlud Çavuşoğlu: "Heç kim cinayət törətmə hüququna  malik deyil"

Türkiyənin Xarici işlər naziri Mövlud  Çavuşoğlu özəl televiziya kanalında gündəmə dair məsələlər barədə danışdı.
 
 Xarici İşlər naziri terrorizm xarakterli cinayətlərin istintaqları çərçivəsində Xalqların Demokratik Partiyasından olan (HDP) bəzi millət vəkillərinn saxlanılması və həbs olunmaları ilə əlaqədar  seçilmiş insanların da ölkənin konstitusiyasına və qanunlarına əməl etmək məcburiyyətində olduğunu bildirdi.
 
 Hüququn aliliyinə riayət etməyin, məhkəmələrin çağırışlarına əməl edilməyin vacibliyini dilə gətirən Çavuşoğlu Ədalət və İnkişaf Partiyası daxil olmaqla bir çox partiyanın sədrləri və millət vəkillərinin məhkəmələrə getdiyini qeyd etdi.
 
 Çavuşoğlu: "Amma mən Türkiyə məhkəməsini tanımıram, Türkiyə hüququnu və qanunlarını tanımıram, Məclisdə qanunların qəbulunda mən də vardım, səs verdim, amma tanımıram desəniz, o zaman olmaz. Dünyanın hər yerində belədir. Məhkəmələr çağıranda istər prezident olun, istər, millət vəkili, və ya nazir, getmək məcburiyyətindəsiniz. Qanunun aliliyinin mənası budur" deyə danışdı.



Әlaqәli Xәbәrlәr