Ərdoğan: "Türkiyə qlobal maliyyə böhranı dövrünü rekord böyümə nisbətləri ilə keçdi"

Bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan  İstanbulda keçirilən Kapital Bazarları Konqresindəki çıxışında söylədi.

603806
Ərdoğan: "Türkiyə qlobal maliyyə böhranı dövrünü rekord böyümə nisbətləri ilə keçdi"

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin qlobal maliyyə böhranı dövrünü rekord böyümə nisbətləri keçdiyini söylədi.
 
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan  İstanbulda keçirilən Kapital Bazarları Konqresində çıxış edərək: "Ümumdünya maliyyə böhranı başlayanda, bu böhranın Türkiyədən yan keçəcəyini demişdim. Ölkəmiz 2009-ci ildəki kiçilməni çıxmaq şərtilə, bu böhran dövrünü rekord böyümə nisbətləri ilə keçdi" dedi.
 
 Türkiyənin vəziyyətinin dünya miqyasında ,xüsusilə də, Avropadan daha yaxşı olduğunu bildirən Ərdoğan:" Ölkəmiz digərlərindən fərqli olaraq, Yaxın Şərq, Şimali Afrika, Qafqaz, Qara dəniz kimi böhran regionlarına çox yaxında yerləşir. Qonşularımız Suriya və İraqda cərəyan edən hadisələr bizi çox yaxından maraqlandırır" deyə danışdı.
 
 Türkiyənin sərmayələrin maliyyələşdirilməsi baxımından bu ana qədər əziyyət çəkmədiyini ifadə edən prezident sərmayələri artırmaq məcburiyyətində olduqlarını, bunun üçün də sərmayəçilərin maliyyə resurslarını əldə etmələrini asanlaşdırmaq üçün tədbirlər gördüklərini bildirdi.
 
 Ərdoğan: "Bu ölkənin ayağa qalxmasına birlikdə dəstək verəcəyik" deyərək, sərmayəçilərin qarşısında maneə olan yüksək faizlərin salınmasında kapital bazarı vasitələrinin ciddi töhfəsi olacağını qeyd etdi.
 
 Prezident  maliyyə mərkəzi olaraq İstanbulun  atacağı addımlarla dünya maliyyə mərkəzləri ilə rəqabətə girəcəyinə inandığını vurğuladı.
 
 



Әlaqәli Xәbәrlәr