Boris Johnson Türkiyənin terror təşkilatı DEAŞ ilə mübarizədəki töhvəsinin böyük olduğunu söylədi

İngiltərənın Xarici İşlər naziri Boris Johnson: "Türkiyə və mötədil Suriya müxalifəti DEAŞ ilə mübarizəyə xidmət edir" dedi.

604035
Boris Johnson Türkiyənin terror təşkilatı DEAŞ ilə mübarizədəki töhvəsinin böyük olduğunu söylədi

İngiltərənın Xarici İşlər naziri Boris Johnson Türkiyənin terror təşkilatı DEAŞ ilə mübarizədəki töhvəsinin böyük olduğunu söylədi.

 
Johnson parlamentin alt qanadı olan İcmalar palatasına İraq və Suriyada DEAŞ-a qarşı aparılan mübarizə barəsində məlumat verdi.
 
 İraqda olan 500 ingilis əsgərinin DEAŞ ilə mübarizə etmək üçün bu ölkənin təhlükəsizlik qüvvələrinə təlim verdiyini qeyd edən Johnson Yaxın Şərqdə  təqribən 1350 ingilis hərbi personalının DEAŞ əleyhinə əməliyyatlara dəstək verdiyini bildirdi.
 
 "Əsəd, Rusiya və İran Hələbin şərqində ağrı-acıya səbəb olmağa davam etdikləri halda, Türkiyə və mötədil Suriya müxalifəti DEAŞ ilə mübarizəyə xidmət edir" deyən ingilis nazir Türkiyənin Suriyada DEAŞ-ın məğlub edilməsindəki mühüm roluna diqqət çəkdi.
 
 Açıqlamalardan sonra sualları da cavablandıran Johnson Mühafizəkarlar Partiyasından olan millət vəkili, Xarici Əlaqələr Komissiyasının sədri Crispin Bluntın Türkiyə və İraq arasındakı gərginliyə dair sualına cavab olaraq: "Türkiyənin DEAŞ ilə mübarizədəki töhvəsi böyükdür. Bəzi həssaslıqların  və çətinliklərin olduğu aşkardır. Xüsusilə də, kürd bölgələri məsələsində. Mosulun sabitliyi istiqamətində birlikdə işləyə biləcəyimizə əminəm" dedi.



Әlaqәli Xәbәrlәr