Mövlud Çavuşoğlu ‘‘Rossiya-24’’ televiziya kanalına müsahibә verdi

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu Ruriyanın ‘‘Rossiya-24’’ televiziya kanalına müsahibә verdi.

602556
Mövlud Çavuşoğlu ‘‘Rossiya-24’’ televiziya kanalına müsahibә verdi

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu Ruriyanın ‘‘Rossiya-24’’ televiziya kanalına müsahibә verdi.

M.Çavuşoğlu müsahibә zamanı  Rusiya-Türkiyə münasibətləri, Türkiyənin xarici siyasəti, terrorla mübarizə, Fətullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdi vә  Suriya böhranını  qiymətləndirdı.

M. Çavuşoğlu  Türkiyə və Rusiyanın Suriyada atəşkəsin  әn qısa zamanda  təmin olunması üçün səy göstәrdiyini  və bu məsələ ilә bağlı danışıqların davam  etdirildiyini bildirdi.

M. Çavuşoğlu hәmçinin  Suriyada  atəşkəsin siyasi yolla tәmin olunması  məsələsində Rusiya ilə hәmfikir  olduqlarını vurğuladı.

Bәşәr  Əsədlə  əsl siyasi dəyişiklikliyin  olacağına inanmadıqlarını  deyәn  M. Çavuşoğlu: ‘‘Bizim fikrimizcә müxalifətin bundan sonra Əsədlə birləşməsi mümkün deyil  çünki 500 mindən çox insanı öldürən  rejimlə birləşmək istəmirlər"  dedi.

Suriyada mötәdil müxaliflәrlә  terror tәşkilatları fәrqlәndirilmәlidir deyәn M.Çavuşoğlu  mötәdil  müxalifәt qüvvәlәrinә  verilən dəstəklә  DAEŞ-in  Cәrablus, Rai və Dabıkı  tәrk etdiyini xatırlatdı.

Türkiyənin terror təşkilatlarına qarşı apardığı mübarizəsinin beynəlxalq hüquqa uyğun olduğuna diqqəti çəkən M. Çavuşoğlu:‘‘Bizim  Suriya və İraqın torpaqlarında gözümüz yoxdur  heç vaxt da olmayıb. Biz əksinə onların ərazi bütövlüyünü və suverenliyini müdafiə edirik’’ deyә bildirdi.

M.Çavuşoğlu  Fәtullahçı Terror Təşkilatı Paralel Dövlət İdarәçiliyinin  (FETÖ/PDY) iyulun 15-dә hәyata keçirdiyi  dövlət çevrilişi cəhdindәn sonra  verdiyi dəstəyə görə Rusiyaya təşəkkür edərək: "Hәr şeydən əvvəl Rusiyaya, cənab Putinə və Rusiya xalqına çox təşəkkür edirik" dedi.

M.Çavuşoğlu ‘‘ABŞ bizim müttəfiqimiz və bir çox sahədə əməkdaşlıq edirik. Amma Rusiya da bizim çox yaxşı dostumuzdur, qonşumuzdur  və heç biri bizim üçün alternativ ölkә deyil.  Biz qərblilər kimi  ya o  ya bu demirik’’ deyә bildirdi.

Türkiyə ilə Rusiya arasında baş verən təyyarə böhranından sonra  Türkiyənin Rusiyaya qarşı sanksiya tətbiq etmədiyinə də  diqqəti çəkən Çavuşoğlu  Türkiyənin   NATO ölkəsi olaraq  Avropa İttifaqının  və qərbin Rusiyaya tətbiq etdiyi beynəlxalq sanksiyalara  da heç bir zaman qoşulmadığını vurğuladı.



Әlaqәli Xәbәrlәr