Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Qǝtǝrdǝ sǝfǝrdǝdir

Mevlüt Çavuşoğlu, paytaxt Dohaya reallaşdırdığı rǝsmi sǝfǝr çǝrçivǝsindǝ Qǝtǝr Əmri Şeyx Təmim bin Hamad Əl Sani tərəfindən qəbul edilib.

601368
Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Qǝtǝrdǝ sǝfǝrdǝdir

Nazir Çavuşoğlu heyətlərarası danışıqlardan sonra Şeyx Təmim ilə tǝk-bǝtǝk görüşüb. Daha sonra Qǝtǝr Baş naziri Abdullah bin Nasir Əl Sani ilǝ bir araya gǝlǝn Çavuşoğlu, həmkarı Məhəmməd Abdurrahman Əl Sani ilə dǝ Xarici İşlər Nazirliyində görüşüb.

Məlumata görə danışıqlarda, ilki dekabr 2015-ci ildə Dohada baş tutan Türkiyə-Qətər Yüksək Strateji Əməkdaşlıq Komitəsi yığıncağının  Trabzonda tǝşkil edilmǝsi planlaşdırılan növbǝti iclası   mövzusunda fikir mübadilǝsi edilib.

Qeyd edǝk ki Trabzonda keçirilǝcǝk yığıncağa prezident Rəcəb Tayyib Ərdoğan və Qətər əmiri Şeyx Tǝmim dǝ qatılacaq.

Danışıqlarda hǝmçinin Suriya və İraq kimi regional məsələlər başda olmaqla iki ölkə arasındakı siyasi əlaqələrin iqtisadi əlaqələrə əks etdirilməsi və qarşılıqlı olaraq ticarət həcminin artırılması kimi mövzular da müzakirǝ edilib.



Әlaqәli Xәbәrlәr