Xarici tələbələrin ölkədə yaşamaq icazəsi prosedurları  universitetlər tərəfindən aparılacaq

Xarici tələbələr, akademik və onların ailələrinin ölkədə yaşamaq icazəsi prosedurları  universitetlər tərəfindən aparılacaq.

599102
Xarici tələbələrin ölkədə yaşamaq icazəsi prosedurları  universitetlər tərəfindən aparılacaq

Xarici tələbələr, akademik və onların ailələrinin ölkədə yaşamaq icazəsi prosedurları  universitetlər tərəfindən aparılacaq.

Daxili İşlər Nazirliyi ilə Yüksək Təhsil Qurumu (YÖK) arasında Türkiyədəki xarici tələbələrin, akadəmik və onların ailələrinin ölkədə yaşamaq icazəsi prosedurlarının   universitetlər tərəfindən aparılması və məlumatların paylaşılmasına dair protokol imzalanıb.

Daxili işlər naziri Süleyman Soylu imza mərasimində Türkiyənin dünya ilə inteqrasiyasını davam etdirdiyini bildirərək Türkiyənin dünyagörüşünə uyğun bir protokolun imzalandığını bildirib.

Xüsusilə Türkiyəyə inteqresiya olmaq istəyən insanların şərtləri çərçivəsində vətəndaşlıq hüquqlarına dair fəaliyyətlərin davam etdiyini vurğulayan nazir Soylu deyib ki, yenə ölkə xaricindən xüsusilə Türkiyəyə gəlmək istəyənlər üçün başladılan “Yaşıl kart”la bağlı fəaliyyətlər hökumətin önəmli bir uğurudur.

Soylu ixracatçılara kateqoriyalarına görə yaşıl pasport vermə qərarının da bu layihənin bir hissəsi olduğunu vurğulayıb.

Daxili İşlər Nazirliyi və YÖK arasında imzalanan protokol ilə xarici tələbələr, akadəmik və onların ailələrinin ölkədə yaşamaq icazəsi prosedurları  universitetlər tərəfindən aparılacaq. Protokola əsasən xarici tələbələr, akadəmik və onların ailələri ölkədə yaşamaq icazəs xarici tələbə, akadəmik və onların ailələrinin müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi alarkən lazım olan sənədləri universitetlər vasitəsilə istənəcək. Bununla da ölkəyə gələn xarici tələbə, akadəmik və onların ailələrinin işləri, “iqamət icazəsi üçün vaxt istənmədən” sürətli şəkildə tamamlanacaq.

Məlumatların açıqlanmasını nəzərdə tutan protokol və xarici tələbələrin qeydiyyatının dondurulması, qediyyatın yenilənməsi, təhsilini davam etdirməyəcəyi ilə bağlı müəyyənləşən sübutlar (müvəffəqiyyətsizlik, dərsə gəlməmək kimi) və əlaqələrin kəsilməsi kimi vəziyyət müvafiq yüksək təhsil qurumları tərəfindən valiliklərə bildiriləcək.



Әlaqәli Xәbәrlәr