Kazan Kahramankazan oldu

Ankaranın Kazan qəsəbəsinin adı Kahramankazan olaraq dəyişdi, 15 İyul günü isə Demokratiya və Milli Birlik Günü olaraq rəsmi tətil elan edildi.

597033
Kazan Kahramankazan oldu

  Ankaranın Kazan qəsəbəsinin adının Kahramankazan olaraq dəyişdirilməsi və 15 İyulun Demokratiya və Milli Birlik Günü kimi rəsmi tətil elan edilməsinə dair qanun təklifləri Türkiyə Böyük Millət Məclsində yekdilliklə qəbul edildi.

  Beləliklə, Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyul çevriliş cəhdinə maneə törətmək üçün tarixi müqavimət sərgiləyən Ankaranın Kazan qəsəbəsinə Kahraman ünvanı verildi.

  Xatırladaq ki, çevriliş cəhdinə qarşı ilk vətəndaş müqaviməti Kazan qəsəbəsində başlandı, Akıncı qışlağına o gecə 8 min adam gəldi, kazanlılar əli yalın tankların önünə keçdilər və 9 şəhid verdilər.

  Millət vəkilləri, salonda qonaq qismində olan Kazan Bələdiyyə sədri Loğman Ertürk və heyəti təklifin qanuniləşməsini ayaqüstü alqışladılar.

  Beləliklə, səsvermə nəticəsinə görə, Ankaranın Kazan qəsəbəsinin adı Kahramankazan olaraq dəyişdi, 15 İyul günü isə Demokratiya və Milli Birlik Günü olaraq rəsmi tətil elan edildi.



Әlaqәli Xәbәrlәr