"Bu, bizim üçün kədərli və talesiz bir hadisə oldu", R.T.Ərdoğan

R.T.Ərdoğan Rossiya-1 telekanalına verdiyi müsahibədə: "Bu bölgədə terrora qarşı ortaq mübarizədə hörmətli və dəyərli dostum Putinin dəstəyinə ehtiyacımız var. Bu sahədə Rusiya ilə əməkdaşlığımız üçün biz lazım olan hər addımı atmağa hazırıq”, deyib.

596211
"Bu, bizim üçün kədərli və talesiz bir hadisə oldu", R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın avqust ayında İstanbulda Rusiya rəsmi kanalı Rossiya-1-ə verdiyi müsahibə yayımlanıb. Ərdoğan Rusiya və Putinlə bağlı bu sözləri vurğulayıb: "Bu bölgədə terrora qarşı ortaq mübarizədə hörmətli və dəyərli dostum Putinin dəstəyinə ehtiyacımız var. Bu sahədə Rusiya ilə əməkdaşlığımız üçün biz lazım olan hər addımı atmağa hazırıq”.

  R.T.Ərdoğan Rossiya-1 telekanalına verdiyi müsahibədə 24 noyabrda salınan Rusiya döyüş təyyarəsiylə bağlı bunları söyləyib: "Bu, bizim üçün kədərli və talesiz bir hadisə oldu. Suriya torpaqlarındakı bu hadisəylə əlaqəsi olanlar tutularaq məhkəməyə verilib. İstintaq davam edir. Hal-hazırda rus təyarəçinin ölümünə səbəb olan adam həbsxanadadır".

  Bundan başqa Türkiyə dövlət başçısı Akkuyu Nüvə Stansiya layihəsinə də toxunaraq deyib: "Akkuyu Nüvə Stansiya layihəsi kimi bəzi nəhəng layihələrimiz dayandı. Halbuki Akkuyu bizim üçün həyati bir layihədir. Çox zaman itirdik".

  Ərdoğan söhbətində onu da bildirib ki, “Türkiyə sahilləri etibarlıdır və turistlərini gözləyir”.



Әlaqәli Xәbәrlәr