“Təklifin Məclisə gəlməsi artıq an məsələsidir”, B.Yıldırım

Türkiyənin Baş naziri Binəli Yıldırım həm yeni konstitusiya, həm də prezident sistemilə əlaqədar işlərin tamamlandığını, təklifin ən qısa zamanda Məclisə gətiriləcəyini açıqlayıb.

595810
“Təklifin Məclisə gəlməsi artıq an məsələsidir”, B.Yıldırım

  Baş nazir prezident sistemilə birlik və bərabərliyin güclənəcəyini və ölkənin inkişaf edəcəyini söyləyib.

  Binəli Yıldırım yaxınlarda Milli Məclisə gəlməsi planlaşdırılan yeni konstitusiya təklifinin məzmunundan danışıb, dəqiq tarixi müəyyən olmayan yeni konstitusiya və prezident sistemi təklifinin Məclisə gəlməsinin artıq an məsələsi olduğuna işarə edib.

  Ak Partiyanın Afyon bölməsində çıxışı zamanı Baş nazir onu da bildirib ki, yeni konstitusiya Məclisdən kifayət qədər səs toplasa belə, təsdiqlənməsi üçün referenduma - xalqın ixtiyarına veriləcək.

 



Әlaqәli Xәbәrlәr