Hakkaridə PKK terrorçuları ilə qarşıdurmada 2 əsgər şəhid oldu, 5 əsgər yaralandı

Türkiyədə Hakkari şəhərinin Çukurca qəsəbəsində PKK terrorçuları ilə qarşıdurmada Türkiyə Silahlı Qüvvələrinin 2 əsgəri şəhid oldu, 5 əsgər yaralandı.

593310
Hakkaridə PKK terrorçuları ilə qarşıdurmada 2 əsgər şəhid oldu, 5 əsgər yaralandı

 

Çukurcanın Güvəndağı səmtində səhər saatlarında Türkiyə Silahlı Qüvvələrinin əməliyyata başlayan əsgərləri bir qrup terrorçu ilə qarşılaşdılar. 

İlkin məlumatlara görə, toqquşma nəticəsində 2 əsgər şəhid olub, 5 əsgər yaralanıb. 

Yaralı əsgərlər helikopterlə Hakkari Dövlət Xəstəxanasına çatdırılıblar.

Bölgədə əməliyyat aparılır.

 



Әlaqәli Xәbәrlәr