"Suriyaya görə ABŞ və Rusiya üçüncü dünya müharibəsi çıxaracaq”, N.Kurtulmuş

“İndependent” və “Daily Mail” “Kurtulmuş dünyaya xəbərdar etdi” yazdı, “The Sun” qəzeti isə başlığa ''Üçüncü dünya müharibəsi qaçılmazdır'' cümləsini çıxardı.

592324
"Suriyaya görə ABŞ və Rusiya üçüncü dünya müharibəsi çıxaracaq”, N.Kurtulmuş

  Türkiyənin Baş nazir müavini Numan Kurtulmuşun ABŞ və Rusiya arasındakı gərginliyin qlobal bir savaşa səbəb ola biləcəyi şərhləri İngiltərə qəzetlərində əks-sədaya səbəb olub. “İndependent” və “Daily Mail” “Kurtulmuş dünyaya xəbərdar etdi” yazdı, “The Sun” qəzeti isə başlığa ''Üçüncü dünya müharibəsi qaçılmazdır'' cümləsini çıxardı.

  N.Kurtulmuşun “Suriya məsələsində ABŞ və Rusiya arasındakı gərginlik qlobal bir savaşa səbəb ola bilər” şərhi İngiltərə qəzetlərinə yayılıb. “İndependent” qəzeti xəbərində yazır: “Türkiyə deyir ki, Suriya üzündən ABŞ və Rusiya üçüncü dünya müharibəsi çıxaracaq”. Qəzet Numan Kurtulmuşun şərhlərinə söykənərək “Suriyadakı döyüş sona çatmazsa, Rusiya və Amerika dünyanı qlobal savaşa sürüyəcək” xəbərdarlığını yayıb, ötən həftələrdə Vaşinqtonla Moskva arasındakı təzyiqin yüksəldiyini qeyd edib.

  İngiltərənin ən çox oxunan qəzetlərindən olan “Daily Mail” də Numan Kurtulmuşun eyni şərhini paylaşıb, Amerikanın ötən həftə Rusiyanın bölgədə hücumları artırmasıyla əlaqədar Suriya görüşlərindən geri çəkilməsiylə təzyiqin yüksəldiyini yazıb.

  “Sun” qəzeti də Türkiyənin Baş nazir müavinin sözlərini "Üçüncü dünya müharibəsi qaçılmazdır" başlığı ilə verib. Qəzet Türkiyənin Rusiya və ABŞ-ın dünyanı nüvə müharibəsinə sürükləyəcəyindən narahatlığını qeyd edib.



Әlaqәli Xәbәrlәr