R.T.Әrdoğan: "Mosul problemi həll olunana qədər biz oradayıq"

Türkiyәnin dövlәt başçısı  Rəcəb Tayyib Ərdoğan İraqın Mosul şәhәrinin  problemi hәll olunana   qədər Türkiyənin Başikidan çıxmayacağını deyib.

590364
R.T.Әrdoğan: "Mosul problemi həll olunana qədər biz oradayıq"

Dövlәt başçısı R.T. Ərdoğan ötәn gün Türkiyәnin Rizә şәhәrindә ‘‘Rәcәb Tayyib Ərdoğan Universiteti’’ nin  (RTEÜ) Konqres  və Mədəniyyət Mərkəzində keçirilən 2016-2017-ci  tәdris ilinin  açılış mәrasimindә iştirak edib.

 R.T.Әrdoğan  mәrasimdәki çıxışı zamanı Mosul əməliyyatında masada Türkiyəni görmək istəməyənlərin hiyləgər planlar qurduqlarını söyləyib.

R.T. Ərdoğan  Mosulda  әrəb, türkmən və kürdlərin yaşadığını dilə gətirərək  Mosula sızan terror  təşkilatı DEAŞ ilə mübarizə edən koalisiya qüvvәlәrinin  Türkiyənin İraq rəhbərlikdən icazə aldığı  tәqdirdә terror  təşkilatı DEAŞ-a qarşı mübarizәyә qoşula bilәcәyi ilә bağlı ifadәlәrinin  qəbul  edilmәz olduğunu vurğulayıb.

Türkiyәnin  İraq rәhbәrliyinin tәlәbi ilә  Başıka bazasını qurduğunu xatırladan  R.T.Әrdoğan: ‘‘İndi dә Başıkadan çıxın deyirlәr. Ancaq Türkiyәnin belә bir niyyәti yoxdur’’ deyә qeyd edib.

R.T.Әrdoğan  "Mosul problemi həll olunana qədər biz oradayıq" deyә vurğulayıb.



Әlaqәli Xәbәrlәr