Türkiyə “Suriya bizə nə? İraq bizə nə?” deyə bilməz, çünki…

Türkiyənin Baş naziri Binəli Yıldırım: “Bu millətlə heç kim qol güləşi edə bilməz və Türkiyə bölgənin sabitliyidir”, - deyib.

590083
Türkiyə “Suriya bizə nə? İraq bizə nə?” deyə bilməz, çünki…

  Binəli İldırım: "Rusiya və İsraillə əlaqələrimizi düzəltdik. İndi Suriyada axan qanın dayanması üçün İsveçrədə yığıncaq edilir. Türkiyə bu toplantının edilməsi üçün də aktiv olaraq çalışıb. Rusiya, Amerika Birləşmiş Ştatları, İran, Səudiyyə Ərəbistanı və Türkiyə bir araya gəlib Suriya məsələsini müzakirə edəcək. İnşallah, Suriyada tezliklə qan dayanar, məzlum, günahsız qardaşlarımız artıq bu zülmdən qurtular. Duamız, gözlədimiz budur.

  Türkiyə “Suriya bizə nə? İraq bizə nə?” deyə bilməz, çünki Suriya ilə 911, İraqla isə 350 kilometr sərhədimiz var.

  PKK, YPG, DEAŞ terror təşkilatları həm Türkiyədə, həm də Suriya və İraqda canımızı yaxır. Buna görə Fərat Qalxanı Hərəkatını gerçəkləşdirdik, sərhədlərimizi zəmanət altına aldıq.”

  Binəli Yıldırım Türkiyədə yeni konstitusiya məsələsinə də toxunub və deyib: “Məclisdə kafi əksəriyyət təmin edilərsə, referenduma da təqdim olunacaq… Türkiyənin önünü açmağımız lazımdır. Vətəndaşlarının və bölgə ölkələrinin gələcəyini təmin etmək üçün Türkiyə dimdik ayaqda durmalı, güclü olmalıdır. Güclü olmaq güclü siyasi iqtidar və prezidentlik sistemi ilə olur. Unitar sistem quracağıq: tək millət, tək dövlət, tək bayraq, tək vətən."



Әlaqәli Xәbәrlәr