İsmayıl Kahramanın Fransa görüşləri davam edir

Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahramanın Fransadakı görüşləri davam edir.

589249
İsmayıl Kahramanın Fransa görüşləri davam edir

Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman Fransanın paytaxtı Parisdəki görüşlərinin ikinci günündə Fransa parlamentinə getdi.
 Kahramanı Fransa parlamentinin sədri Claude Bartolon qarşıladı və sonra sədrlər bir qrup millət vəkilinin iştirakı ilə görüş keçirdilər. Sədrlərin görüşü mətbuata qapalı oldu.
 
 Sonra Türkiyə Böyük Millət Məclisinin sədrinin şərəfinə ziyafət təşkil olundu.
 
 İsmayıl Kahraman bu gün Türkiyənin Fransa Səfirliyində yerli və xarici mətbuatın nümayəndələri ilə bir araya gələcək.



Әlaqәli Xәbәrlәr