Türkiyǝ hökumǝti, İraq rǝhbǝrliyinǝ reaksiya verib

Baş nazir müavini Numan Kurtulmuş, Türkiyənin Başika düşǝrgǝsindǝki hǝrbi qüvvǝlǝrinǝ dair İraq rəhbərliyinin açıqlamalarına reaksiya verib.

588059
Türkiyǝ hökumǝti, İraq rǝhbǝrliyinǝ reaksiya verib

Baş nazir müavini Numan Kurtulmuş, Anadolu Agentliyinǝ verdiyi açıqlamada Türkiyənin Başikada hǝrbi qüvvǝ yerlǝşdirmǝsinin legitim olduğunu vǝ zǝrurǝt davam edǝnǝ dǝk oradan ayrılmayacağını bildirib.

Numan Kurtulmuş İraq baş naziri İbadinin mövzu ilǝ ǝlaqǝli şǝrhlǝrinǝ dair suala isǝ: Əgǝr beynəlxalq ictimaiyyət və İraq Mərkəzi Hökuməti həqiqətən dǝ DEAŞ-a qarşı mübarizǝ edirsǝ, təcili gündəm maddələrindən biri Mosulu xilas etmǝk olmalıydı. Türkiyə onsuz da bu məqsədlə, Mosul xalqına dəstək üçün oradadır. Lakin bu mǝqsǝdimiz gözdǝn yayındırılaraq mövzunun belǝ bir vaxtda gündǝmǝ salınması, ‘deyǝnǝ yox, dedirdǝnǝ bax’ sözünü xatırladır. Güman ki, İraq Baş naziri başqalarının təsiri ilǝ belǝ şǝrhlǝr verir” deyǝ vurğulayıb.

Mosul və İraqın digǝr şəhərlərinin terrorçulardan tǝmizlǝnmǝsinǝ dair Türkiyənin fikirlǝrinin aydın olduğunu ifadǝ edǝn Numan Kultulmuş, mövzunun Amerikalı səlahiyyətlilər, mərkəzi İraq hökuməti və oradakı bütün tǝrǝflǝrlǝ daha ǝvvǝl müzakirǝ edildiyini qeyd edib.



Әlaqәli Xәbәrlәr