Ərdoğan Fətullah Gülənin ekstradisiyası ilə bağlı ABŞ-a sərt reaksiya göstərdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: "Əgər bir ölkə ölkəndə olan birini terrorçu elan edibsə, o adamı verəcəksən" dedi.

588128
Ərdoğan Fətullah Gülənin ekstradisiyası ilə bağlı ABŞ-a sərt reaksiya göstərdi


 Beştəpə Milli Mədəniyyət və Konqres Mərkəzində Hakim və Respublika Prokuroru Namizədlərinin Püşkatma Mərasimində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan FETÖ başçısı Fətullah Gülənin ekstradisiya prosesi uzanarsa, deyiləcək çox fərqli şeylər olacağını bildirdi.
 
ABŞ prokurorlarının FETÖ terror təşkilatı vasitəsilə Türkiyəyə gətirilib, yedirdib, içirildiyini xatırladan Ərdoğan prokurorların ABŞ-a qayıtdıqlarında bir Türkiyə  vətəndaşını ölkəyə girərkən yaxaladıqlarını, həmin şəxsin 6 ay həbsdə saxlandığını və mühakimə edilmədiyini qeyd etdi.
  Ərdoğan: "O adamı (Güləni) niyə hesaba çəkmirsiniz deyə soruşanda, o zaman da deyirsiniz ki: "Burada müstəqil, tərəfsiz məhkəmə var".  Bizdə səndən daha çox bitərəf və müstəqil məhkəmə var" deyə danışdı.
 

Türkiyədən terrorçuları istədikləri zaman onlara təhvil verdiklərini, amma onların belə bir terrorçunu (Gülən) Türkiyəyə vermədiyini vurğulayan prezident: "Niyə vermirsən?  Məhkəmə qərarı olmadan verə bilmədiklərini deyirlər. Eyni şey burada da ola bilər. Bir şey istədiyiniz zaman bu dəfə də biz hakimlərin qərarı olmadan verə bilməyəcəyik. Bundan sonra belə olacaq. Həm strateji müttəfiq olacağıq, həm də fərqli şeylər danışılacaq,  belə olmaz" ifadələrini işlətdi.
 
Türkiyə prezidenti  Gülənin 17 ildir ABŞ-da olduğunu bildirərək: "Əgər bir ölkə ölkəndə olan birini terrorçu elan edibsə, o adamı verəcəksən" dedi.



Әlaqәli Xәbәrlәr