Mövlud Çavuşoğlu telefon diplomatiyasını davam etdirir
Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlunun telefon diplomatiyası davam edir.
587794
Mövlud Çavuşoğlu Qvineya xarici işlәr naziri Hadja Makale və Fransanın xarici işlәr naziri Jean Mark Ayraultla telefon әlaqәsi saxladı.
Hadja Makalenin tәlәbi ilә hәyata keçirilәn görüşdә iki nazir Fәtullahçı Terror Tәşkilatı ilә mübarizәdә әmәkdaşlıq mәsәlәsini müzakirә ediblәr.
Әldә olunan mәlumata görә, M.Çavuşoğlu-J.M.Ayrault görüşündә isә Fransa Senatının gündәmindәki bәrabәrlik vә vәtәndaşlıq qanun layihәsi, sәfәr proqramı vә Suriyadakı proseslәr müzakirә olundu.