Yüz suriyalı qaçqın yaxalandı

Türkiyənin Mersin şəhəri sahillərində 20 nəfərlik balıqçı təknəsiylə qeyri-qanuni yollarla Cənubi Kiprə keçməyə çalışan 100 suriyalı yaxalanıb.

586809
Yüz suriyalı qaçqın yaxalandı

  Sahil Təhlükəsizlik Xidmətinin Aralıq dənizi üzrə region qrupları aldıqları məlumatı təqib edərək bir balıqçı təknəsini 6 ay idi ki, təqib edirdilər.

  Silifke qəsəbəsi Akkum məhəlləsi sahilində bir qrup suriyalı qaçqın gəmiyə mindirilib. Sonra Aralıq dənizinə açılan 20 nəfərlik təknə Erdemli qəsəbəsi yaxınlığında sahil təhlükəsizlik qrupları trəfindən dayandırılıb.

  Sözü gedən təknədə 60-ı uşaq olmaqla 100 suriyalını tutan qruplar onları Erdemli Balıqçı portuna gətirib.

  Qaçqınlar ifadələri alınmaq üzrə polisə təslim edilib, təknə sahibi isə nəzarətə alınıb.



Әlaqәli Xәbәrlәr