“Türk Axını”na imza mərasimindən sonra iki lider danışdı

İstanbuldakı Mabeyn Köşkündə təşkil edilən imza mərasimində Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və XXIII Dünya Enerji Konqresi üçün Türkiyədə olan Rusiya prezidenti Vladimir Putin də iştirak ediblər.

586794
“Türk Axını”na imza mərasimindən sonra iki lider danışdı

  Rusiya qazını Türkiyəyə daşıyacaq müqaviləyə Türkiyə və Rusiya Enerji nazirləri Berat Albayrak və Aleksandr Novak imza atdılar.

  İstanbuldakı Mabeyn Köşkündə təşkil edilən imza mərasimində Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və XXIII Dünya Enerji Konqresi üçün Türkiyədə olan Rusiya prezidenti Vladimir Putin də iştirak ediblər.

  İmzadan sonra təşkil edilən mətbuat konfransında çıxış edən Ərdoğan Putinlə təklikdə və saat yarılıq görüşü zamanı təkcə enerji deyil, mədəniyyət, turizm və ticarət kimi sahələrin də inkişafıyla bağlı danışqdıqlarını diqqətə çatdırıb.

  Eyni zamanda, Ərdoğan Putinlə Fərat Qalxanı əməliyyatı və Suriyanın, xüsusən, Hələb şəhərindəki insan faciəsinin qarşısını almaq üçün əməkdaşlıq variantları barədə danışdıqlarını, bu mövzularda yaxınlarda iki ölkənin yüksək səviyyəli məmurlarının bir araya gələrək ətraflı müzakirə edəcəklərini bildirib.  

  Rusiya prezidenti Vladimir Putin isə öz növbəsində Beynəlxalq Enerji Konqresinə görə Türkiyəni təbrik edib, ikitərəfli əlaqələrlə bağlı işləri sürətləndirmək lazım olduğunu deyib, Türkiyədən meyvə-tərəvəz və bir sıra kənd təsərrüfatı məhsullarının ixracatının yenidən başlanılacağını söyləyib, enerji sahəsindəki əməkdaşlığı Akkuyu Stansiyasını da əhatə edəcək şəkildə müzakirə edəcəklərini söyləyib, eyni zamanda, bu layihənin personal təhsili sahəsini də əhatə edəcəyini nəzərə çatdırıb.  

  Putin Suriyanın Hələb şəhərinə humanitar yardım çatdırılmasıyla bağlı isə bunu Rusiyanın da istədiyini, amma təxribatların qarşısını almaq üçün Amerika rəhbərliyinə bəzi təkliflər etdiklərini, amma ABŞ-ın heç nə ilə razılaşmadığını söyləyib.



Әlaqәli Xәbәrlәr