Binəli Yıldırım Türkiyənin enerjiyə olan tələbatın ən sürətlə artdığı ölkə olduğunu dedi.

Türkiyənin baş naziri Binəli Yıldırım İstanbulda keçirilən 23.Ümumdünya Energetika Kongresinin açılış İclasında çıxış etdi.

586619
Binəli Yıldırım Türkiyənin enerjiyə olan tələbatın ən sürətlə artdığı ölkə olduğunu dedi.

Türkiyənin baş naziri Binəli Yıldırım OECD üzvləri arasında10 illik dönəmdə enerjiyə tələbatın ən sürətlə artdığı ölkəninTürkiyə olduğunu dedi.
 
Yıldırım Türkiyənin enerji sektorundakı böyümədə Çindən sonra 2-ci ölkə olduğunu vurğuladı.
 
 Türkiyənin baş naziri İstanbulda keçirilən 23.Ümumdünya Energetika Kongresinin açılış İclasında çıxış etdi.
 
 Türkiyədə enerji tələbatının dünya səviyyəsindəki orta hesablamalara görə, demək olar ki, 3 dəfə sürətlə artdığına işarə edən Yıldırım: "Türkiyə qlobal enerji təhlükəsizliyinin inkişaf etdirilərək davamlı, hərtərəfli iqtisadi inkişafa töhfə verməyə qətiyyətlə davam edəcəkdir" deyə danışdı.
 
 Türkiyənin enerji ticarəti mərkəzinə çevrilməsinin hədəfləndiyini bildirən baş nazir: "Son on ildə elektrik sahəsindəki gücümüzü iki dəfə artırdıq. Elektrik istehsalında xüsusilə, yerli və bərpa oluna bilən resurslarımızı qiymətləndirərək, yeni stansiyaları işə salırıq. Ölkəmiz yenilənə bilən enerjinin əhəmiyyətini və üstünlüyünü dərk edir və onun dünyadakı inkişaf edən və yüksələn meylini yaxından izləyir" dedi



Әlaqәli Xәbәrlәr