‘‘Fәrat Qalxanı’’ әmәliyyatı әzmlә davam edir

Türkiyә  Silahlı Qüvvələrinin Suriyanın şimalını  terrorçulardan tәmizlәmәk üçün avqustun 24-dә  başladığı ‘‘Fərat Qalxanı’’ әmәliyyatı  çərçivəsində  DEAŞ üzvü 38 terrorçu mәhv edildi.

585762
‘‘Fәrat Qalxanı’’ әmәliyyatı әzmlә davam edir

Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahından verilәn mәlumata görә,   әmәliyyatın 48-ci günündә Hәrbi Hava Qüvvәlәri Komandanlığına  bağlı tәyyarәlәrlә DEAŞ-a aid hәdәflәrә tәşkil edilәn hava hәrәkatı nәticәsindә ilkin mәlumatlara әsasәn 7 terrorçu mәhv edildi.

 Әmәliyyat nәticәsindә hәmçinin terror tәşkilatının silah-sursat ambarı vә komandanlıq olaraq istifadә etdiklәri 5 bina dağıdıldı.

 Әmәliyyat çәrçivәsindә  dünәn müxalifәt qüvvәlәrinin nәzarәtindәki Aktarin vә Türkmәn Barı  bölgәlәrinә  sızmağa cәhd göstәrәn terrorçular әngәllәndi.

 Baş verәn qarşıdurma nәticәsindә 14 terrorçu mәhv edildi, müxalifәt qüvvәlәrinin 2 hәrbçisi şәhid oldu, 19-u da yaralandı.

Mәlumatda 102 DEAŞ hәdәfinә Fırtına haubitsalari vә iri çaplı silahlarla 416 dәfә atәş açıldığı bildirilir.

Әldә olunan mәlumata görә, Hәrbi Hava Qüvvәlәri dә 2 bölgәdә 4 hәdәfi mәhv etdi.

 Koalisiya güvvәlәrinin  isә Aktarin, Türkmәn Barı vә Hazvan bölgәlәrinә endirdiyi zәrbәlәr nәticәsindә  bir avtomobil mәhv edildi, üç  bina dağıdıldı.

 Әmәliyyatda terror tәşkilatı DEAŞ-ın 17  üzvü zәrәrsizlәşdirildi.



Әlaqәli Xәbәrlәr