Numan Kurtulmuş İraqa reaksiya göstәrdi

Türkiyә Baş nazirinin müavini Numan Kurtulmuş  İtaqın  Başıka bölgәsindә yerlәşәn Türk әsgәri ilә  bağlı tənqidlərinə sərt reaksiya göstәrdi.

583512
Numan Kurtulmuş İraqa reaksiya göstәrdi

Türkiyә Baş nazirinin müavini Numan Kurtulmuş  İtaqın  Başıka bölgәsindә yerlәşәn Türk әsgәri ilә  bağlı tənqidlərinə sərt reaksiya göstәrdi.

 N.Kurtulmuş İstanbulda jurnalistlәrә verdiyi açıqlamada, Başıkadakı Türk әsgәrlәrinin mövcudluğuna göstәrilәn reaksiyaya cavab verdi.

Bölgədəki Türk әsgәrlәrinin işğalçı olmadığını  vurğulayan Numan Kurtulmuş:’’ Terror tәşkilatı DEAŞ  Mosulu bir gecәdә  işğal etdiyi zaman  İraq hökumәti harada idi, beynәlxalq alәm harada idi? Türkiyә dövlәtinin  Başıkadakı mövcudluğu  vә ya  hazırda Suriya әrazisindәki әmәliyyatı işğalçı mәqsәd daşımır’’ deyә reaksiya göstәrdi.

Baş nazirin müavini qeyd edib ki, Türkiyə İraqın mərkəzi hökuməti ilə terrorçulara qarşı mübarizə üzrə hər cür əməkdaşlığa hazırdır: " İraq iraqlılarındır. Suriya suriyalılara aiddir’’.



Әlaqәli Xәbәrlәr