Yüksekovada iki әsgәr şәhid oldu

Hücumu törәdәn terrorçuların saxlanılması üçün bölgәdә әmәliyyat başladıldı.

581638
Yüksekovada iki әsgәr şәhid oldu

Türkiyәnin Hakkari şәhәrinin Yüksekova qәsәbәsindә hәrbi avtomobil keçdiyi zaman  terrorçuların yol kәnarına yerlәşdirdiklәri partlayıcı qurğunun partlaması nәticәsindә 2 әsgәr şәhid oldu, 1 әsgәr dә yaralandı.

 Yaralanan әsgәr Yüksekova Dövlәt Xәstәxanasına çatdırıldı.

 Hücumu törәdәn terrorçuların saxlanılması üçün bölgәdә әmәliyyat başladıldı.

Digər tərəfdən,Van-Şırnak-Hakkarinin kəsişməsində yerləşən və separatçı terror təşkilatı PKK-nın Türkiyənin xüsusui əhəmiyyət verdiyi  bölgələrindən biri olan Faraşin-Beytüşşəbap bölgəsinə aid əməliyyatlarda 11 terrorçu məhv edildi.
 
 26 sentyabrda başlanılan iri miqyaslı əməliyyat çərçivəsində Faraşində İncebel Dağında yeri müəyyən olunan terorçu qrupuna qarşı keçirilən hava hərəkatında ilkin məlumatlara görə, ən az 5 terrorçu zərərsizləşdirilib.
 
Əməliyyatın keçirildiyi bölgənin cənub-şərqində müəyyən edilən 6 nəfərdən ibarət başqa bir terrorçu qrup isə silahlı pilotsuz uçuş aparatı ilə məhv edildi.
 
 Bölgədə əməliyyat davam edir.



Әlaqәli Xәbәrlәr