Rəcəb Tayyib Ərdoğan Boris Johnsonu qəbul etdi

Prezident Kompleksində mətbuata bağlı keçirilən görüş 50 dəqiqə davam etdi.

578151
Rəcəb Tayyib Ərdoğan Boris Johnsonu qəbul etdi

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan İngiltərənin xarici işlər naziri Boris Johnsonu qəbul etdi.
 
 Prezident Kompleksində mətbuata bağlı keçirilən görüş 50 dəqiqə davam etdi.
 
 Johnson daha sonra Türkiyənin baş naziri Binəli Yıldırım tərəfindən qəbul edildi.
 
 Baş Nazirliyin məlumatına görə, Yıldırım Çankaya Köşkündəki qəbulda İngiltərənin Türkiyənin əhəmiyyətli müttəfiqlərindən biri olduğunu qeyd edib.
 
Yıldırım görüşdə həm xarici işlər naziri Johnsonun,  həm də İngiltərə hökumətinin Fətullahçı Terror Təşkilatı  (FETÖ) tərəfindən yönləndirilən 15 iyul dövlət çevrilişi cəhdindən sonra nümayiş etdirdikləri güclü həmrəyliyi alqışladığını dilə gətirib.
 
İngiltərə xarici işlər nazirinin Avropa İttifaqı işləri üzrə müavini Alan Duncanın dövlət çevrilişi cəhdindən dərhal sonra Türkiyəyə səfər etməsinə yüksək qiymət verdiyini bildirən Yıldırım Türkiyənin İngiltərə ilə hər sahədə əlaqələri inkişaf etdirməyə və yüksək səviyyəli dialoqu davam etdirməyə əhəmiyyət verdiyini vurğulayıb.
 
 Xarici işlər naziri  Johnson da görüşdə İngiltərənin Türkiyəni ən mühüm müttəfiq və tərəfdaşlarından biri kimi gördüyünü bildirib.
 
 İngiltərənin ilk andan etibarən demokratik təsisatların arxasında olduğunu güclü bir şəkildə ortaya qoyduğunu dilə gətirən Johnson Türkiyənin Avropa İttifaqı üzvlüyünə dəstək verməyə davam edəcəklərini vurğulayıb.
 
 Görüşdə ikitərəfli məsələlərlə yanaşı, terrorla mübarizə və başda Suriya və İraq olmaqla regional proseslər də müzakirə olunub.



Әlaqәli Xәbәrlәr