İbrahim Kalın: ‘Təhlükəsiz zonalar Həyatları, insanlığımızı xilas edǝcǝk’

Prezidentin mǝtbuat katibi  İbrahim Kalın, Türkiyənin Suriyada tǝhlükǝsiz  zona  yaradılmasına dair çağırışına biganǝ qalınmamasını buna zǝrurǝt olduğunu bildirib.

578102
İbrahim Kalın: ‘Təhlükəsiz zonalar Həyatları, insanlığımızı xilas edǝcǝk’

İbraihim  Kalın, Daily Sabah qəzeti üçün qələmə verdiyi ‘Təhlükəsiz Regionlar Həyatları, insanlığımızı xilas edǝcǝk’ başlıqlı məqaləsində, Hələbdǝki   qǝtliama   biganǝ  qalındığını  ifadǝ  edǝrǝk: “Beynəlxalq cəmiyyətin bu  biganǝliyi, yalnız Əsəd rejiminin barbarlığına  zəmin hazırlayar, DEAŞ təhdidinin yayılmasına,  daha çox mǝsum insanın  ölmǝsinǝ sǝbǝb olur” deyǝ  vurğulayıb.

Hǝlǝbdǝki cinayət şəbəkəsinin, sülh və ya siyasi geçişle maraqlanmadığını  ifadǝ  edǝn  Kalının  sözlǝri  belǝ   davam  edir:  Bu mərhəmətsiz döyüşün son beş ildə  göz  önünǝ  sǝrdiyi  yeganǝ gerçǝk var ki bu da tǝhlükǝsiz bölgə yaradmağın  vacibliyidir. Kütləvi cinayət, şəhərlərin yox edilməsi və minlərlə qaçqının Türkiyə  başda  olmaqla  digər ölkələrə axın  etmǝsinin  qarşısını  almaq  üçün   yeganǝ    variant  budur.  Zira  təhlükəsiz  zonalar, dinç  sakinlǝrin Suriyadakı döyüşün əkiz canavarları Əsəd rejimi və DEAŞ  pǝnçǝsindǝn  qorunmalarına  dəstək olacaq. İmmiqrantların sayının  azalmasına, ev-eşiklǝrini   tǝrk  etmiş  olanların qalacaq  yerlǝ tǝmin  olunmalarına  zǝmin  yaradacaq. Tǝhlükǝsiz  zona    sayǝsindǝ  başda BMT  olmaqla  bütün təşkilatlar humanitar yardım işlərini  asanlıqla  apara  bilǝcǝklǝr.  Bu  qǝdǝr  müsbǝt  cǝhǝtlǝrinin  olmasına  baxmayaraq,  belǝ  bir  alternativi  hǝyata  keçirilmǝnin  çǝtin  olduğunu,  bunun hǝrbi  baxımdan  riskli  olabilǝcǝyini  irǝli  sürǝnlǝr  var.  Lakin Suriyada tǝhlükǝsiz zona   yaratmağın   yollarını  axtarmaq,  cinayǝtkar  Əsəd rejiminə atəşkəs və ya sülh üçün yalvarmağa nisbətlə siyasi və əxlaqi baxımdan daha mənalı  vǝ  mǝntiqli    addım  olaraq  qǝbul  edilmǝlidir. Bunun  reallaşması   üçün  beynəlxalq cəmiyyət  lazımlı  imkanlara   sahibdir.  



Әlaqәli Xәbәrlәr