M.Çavuşoğlu: ‘‘Fәtullah Gülәn kimi terrorçuların demokratik cəmiyyətlərdə yeri yoxdur"

Türkiyәnin Xarici İşlәr naziri  Mövlud Çavuşoğlu  Amerika Birləşmiş Ştatlarından  Fetullahçı Terror Təşkilatının başçısı Fәtullah Gülәni  ən qısa zamanda ekstradisiya etməsini gözlədiklərini söylədi.

576421

 ‘‘France 24’’ televiziya kanalına müsahibә verәn  Çavuşoğlu, Gülənin ekstradisiya edilmәsinә dair bir suala  ABŞ daxil olmaqla hәrkәsin  Gülən və ona bağlı olanların 15 İyul dövlət çevrilişi cəhdinin arxasında olduğunu bildiyini qeyd edərək, ekstradisiya edilmәsi üçün  bütün dəlilləri ABŞ-a göndərdiklərini bildirdi.

 Hüquqi prosesin başladığını ifadə  edәn M. Çavuşoğlu: ‘‘Müttәfiqimiz  ABŞ-dan bu prosesi әn qısa zamanda  tamamlamasını vә Gülәni ekstradisiya etmәsini gözlәyirik’’ deyә bildirdi.

  Gülənin  nә zaman ekstradisiya edilәcәyinә dair bir sualı isә  M.Çavuşoğlu  belә cavablandırıb: "Buna məhkəmə qərar verəcək. Gülәn  kimi terrorçuların demokratik cəmiyyətlərdə yeri yoxdur".

Suriya mәsәlәsinә dә toxunan Xarici İşlər naziri M.Çavuşoğlu  ABŞ-ın Suriyada dəstək verdiyi PYD-nin terrorçu qrup olduğunu vurğulayaraq: ‘‘PYD/YPG Suriyanın әrazi bütövlüyü uğrunda mübarizә aparmır  özlәrinә  dövlәt qurmağa çalışır’’ deyә bildirdi.

Çavuşoğlu  Hələbdə sentyabrın 19-da  humanitar yardım konvoyunun bombalanması ilə bağlı olaraq da: ‘‘Rejim vә ona dәstәk verәnlәr. Başqa heçkim uçmur. Müxalifәt qüvvәlәrinin tәyyarәlәri yoxdur. Koalisiya qüvvәlәri deyildi. Bunun kimin etdiyini tapmaq üçün şәffaf istintaq aparılmalıdır’’ deyә qeyd etdi.

Әlaqәli Xәbәrlәr