Türkiyə ilə bağlı yaranan səhv fikirləri düzəltmək üçün

Türkiyə Sənayeçiləri və İş Adamları Dərnəyi - TÜSİAD Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyul çevriliş cəhdilə əlaqədar Almaniyanın paytaxtı Berlində görüşlər keçirib.

576046
Türkiyə ilə bağlı yaranan səhv fikirləri düzəltmək üçün

  Heyət Almaniya Sənayeçiləri Konfederasiyası, düşüncə təşkilatları və parlament nümayəndələrilə bir araya gəlib.

  TÜSİAD İdarə Heyətinin sədri Cansen Başaran Sayms ilk xarici səfəri Almaniyadan başladıqlarını, məqsədlərinin çevriliş cəhdindən sonra Türkiyə ilə bağlı yaranan səhv fikirləri düzəltmək olduğunu bildirib və: "İkili əlaqələrin inkişafı üçün hər iki hökumətin iş dünyası təşkilatları və akademik dairələri konkret addımlar atmalıdır", - deyib.

  TÜSİAD İdarə Heyətinin sədri Almaniyadan sonra növbəti səfərlərin Fransa, Amerika Birləşmiş Ştatları, İngiltərə, İtaliya və Avstriyaya olacağını qeyd edib.



Әlaqәli Xәbәrlәr