TSK dəstəyilə hərəkət edən müxalifət ordusu irəliləməkdədir

Türkiyə Silahlı Qüvvələrinin (TSK) 24 avqustda başladığı Fərat Qalxanı Hərəkatı davam edir.

576034
TSK dəstəyilə hərəkət edən müxalifət ordusu irəliləməkdədir

  Türkiyənin döyüş təyyarələri terror təşkilatı DAEŞ-ə aid olduğu müəyyən edilən 12 hədəfi vurub.

  Artıq Fərat Qalxanı Hərəkatının başlamasından 1 ay keçir. Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi müxalifətin Azad Suriya Ordusunun irəliləməsi davam edir. Suriya müxalifəti tərəfindən 6 yaşayış yerində nəzarət təmin olunub.

  Təsbit edilən 255 DAEŞ hədəfinə 989 dəfə atəş açılıb. Beləliklə, hərəkatın başladığı ilk gündən bu yana, ümumi halda, 1182 hədəf 4696 dəfə vurulub.  

  Türkiyə Hava Qüvvələrinə aid döyüş təyyarələri DAEŞ-in 12 qərargah və silahlı mövqeyinə hava hücumu təşkil edib və içindəki terrorçularla birlikdə dağıdıb.

  Koalisiya Qüvvələri tərəfindən təşkil edilən 20 hava hərəkatında isə 40 DAEŞ mənsubu zərərsizləşdirilib, iki bina, kəşfiyyat və müşahidəetmə vasitələri sıradan çıxarılıb.



Әlaqәli Xәbәrlәr