New York Times: "Türkiyənin güclü demokratiyasına və böyüyən iqtisadiyyatına sərmayə qoyun"

Türk-Amerika İş Adamları Dərnəyi ABŞ-ın  "The New York Times" qəzetində elan verdi.

574013
New York Times: "Türkiyənin güclü demokratiyasına və böyüyən iqtisadiyyatına sərmayə qoyun"

Amerika Birləşmiş Ştatlarının  "The New York Tayms" qəzetində Fətullahçı Terror Təşkilatı/ Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyul dövlət çevrilişi təşəbbüsü barədə elan dərc olundu.
 
 Türk-Amerika İş Adamları Dərnəyi tərəfindən verilən bir səhifəlik elannın başlığı "Türkiyənin güclü demokratiyasına və böyüyən iqtisadiyyatına sərmayə qoyun" şəklindədir.
 
 Elanda 15 iyul gecəsi Türkiyə demokratiyasının təcavüzə məruz qaldığı, xalqın iradəsinin xalqına xəyanət edənlər tərəfindən ələ keçirilməyə cəhd göstərildiyi bildirilir.
 
 Qəzet elanında qanlı çevriliş cəhdinin FETÖ tərəfindən təşkil olunduğu qeyd edilir.
 
 Çevriliş cəhdindən sonra Türkiyə iqtisadiyyatının əvvəlkindən daha sabit və güclü olduğu qeyd edilən elanda, iş adamlarına Türkiyəyə sərmayə qoymaq çağırışı edilir.
 
 Elanda: "Bütün beynəlxalq sərmayəçilərə müraciət edirik, gəlin, bu demokratiya qələbəsinə qatılın. Türk xalqının yanında olun" deyilir.
 
 Türkiyədə 48 milyon internet və 74 milyon mobil telefon istifadəçisi olduğu xatırladılan elanda Türkiyənin Avropa, Avrasiya, Orta Şərq və Şimali Afrikanı bir-birinə bağlayan bir körpü olduğu vurğulanır.
 
 Elanda Türk iş dünyasının regional iqtisadiyyatın və inkişafın mühərriki olduğu da vurğulanır.



Әlaqәli Xәbәrlәr