Milli müdafiə naziri Fikri İşık iddiaları təkzib edib

Nazir Türkiyənin avqustun 24-də başlayan “Fərat qalxanı” əməliyyatını Suriyanın şimalında öz təhlükəsizliyini zəmanət altına alana qədər davam etdirəcəyini vurğulayıb.

574383
Milli müdafiə naziri Fikri İşık iddiaları təkzib edib

Milli müdafiə naziri Fikri İşık Suriyada Əl-Baba istiqamətli həyata keçirilən əməliyyat çərçivəsində Türkiyənin piyada qoşun göndərəcəyinə dair iddiaları təkzib edib.

Nazir deyib ki, Türkiyənin təhlükəsizliyi üçün Əl-Baba gedilməsi lazımdırsa gediləcək, amma bu əməliyyatda öz piyada əsgərlərimizlə iştirak etmək kimi bir planımız yoxdur.  

Türkiyənin avqustun 24-də başlayan “Fərat qalxanı” əməliyyatını Suriyanın şimalında öz təhlükəsizliyini zəmanət altına alana qədər davam etdirəcəyini vurğulayan Fikri İşık bildirib ki, Əl-Baba gediləcəyi təqdirdə bunu Azad Suriya Ordusu (ASO) ilə birgə yerinə yetirəcəyik. İnsanlar öz torpaqlarını müdafiə etməyi çox dəyərli görürlər, biz də bu dəstəyi onlara veririk, verməkdə də davam edəcəyik. İstəyimiz Azad Suriya Ordusunun öz torpaqlarını terror təşkilatları DAEŞ və YPG-dən tamamilə təmizləməsidir.

Hər kəsin öz bölgəsində yaşamasının vacibliyini vurğulayan müdafiə naziri deyib ki, bölgədə suriyalı ərəblərə məxsus torpaqların nə DAEŞ nə PYD tərəfindən işğal edilməsinə Türkiyə qətiyyətlə müsbət nəzər salmaz. Bu nöqtədə ASO-na lazım olan hər dəstəyi verəcəyik. Lakin öz piyada qoşunlarımızla bu əməliyyatda iştirak etmək kimi bir planımız yoxdur.



Әlaqәli Xәbәrlәr